Tatarıstan Respublikasının başçısı Moldovaya buraxılmayıb



 09:58 18.04.2023     324

Tatarıstan Respublikasının başçısı Rüstəm Minnixanov Moldovaya buraxılmayıb.

Demedia.az TASS-a istinadən xəbər verir ki, bunu Moldova parlamentinin deputatı, Xalqlar dostluğu konqresinin təşkilatçılarından biri Aleksandr Suxodolski bildirib.

Onun sözlərinə görə, Rüstəm Minnixanov Moldovanın Komrat şəhərində keçirilən Xalqlar dostluğu konqresinə dəvət edilib. Ancaq ona Moldovanın paytaxtı Kişineu hava limanında təyyarədən enməyə belə icazə verilməyib. Deputat bildirib ki, R.Minnixanova rəsmi dəvəti şəxsən göndərib:

“Ona girişin qadağan olunmasına dair sənəd təqdim edilib”.