Paşinyan təhlükəsizliyindən narahatdır



 12:21 19.04.2023     511

“Ermənistanın baş naziri Nikol Paşinyan təhlükəsizliyindən narahatdır”.

Demedia.az xəbər verir ki, bunu Ermənistanın “Joqovurd” qəzeti yazıb.

Bildirilib ki, hökumət başçısı artıq narahatlığını gizlədə bilmir: “Paşinyan açıq-aydın nədənsə qorxur. Amma bunun dəqiq nə olduğunu yalnız özü bilir”.

Vurğulanıb ki, bunu baş nazirin dünən parlamentin iclasına çoxlu sayda mühafizəçi və polis əməkdaşlarının müşayiəti ilə gəlməsi sübut edir: “Bu, ölkə tarixində ilk dəfədir ki, baş verir. Onun mühafizəçiləri deputatları izləyirdilər. Zalın bütün girişlərində Ermənistan Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları ilə yanaşı, mülki geyimli silahlı mühafizəçilər də olub”.