Orbanın partiyası Putinin həbsi ilə bağlı qətnaməni dəstəkləmədi



 10:43 20.04.2023     306

Macarıstanın “Fides” partiyası Rusiya Prezidenti Vladimir Putinin Beynəlxalq Cinayət Məhkəməsinin verdiyi order əsasında həbs edilməsinə dair qətnaməni dəstəkləməyib.

Demedia.az “Report”a istinadən xəbər verir ki, bu barədə “Demokratik koalisiya” partiyasının sədr müavini Aqnes Vadai brifinqdə açıqlayıb.

Macarıstan hökuməti Beynəlxalq Cinayət Məhkəməsinin Roma statutunu ratifikasiya edib, lakin onu milli qanunvericiliyə tətbiq etməyib.

“Demokratik koalisiya”da hesab edirlər ki, ölkənin hazırkı Baş naziri Viktor Orban Rusiya Prezidenti Vladimir Putinə xidmət edir və heç bir halda onun Macarıstanda həbs olunmasına imkan verməyəcək.

“Orbanı Rusiya tərəfindən qaçırılan ukraynalı uşaqların taleyi yox, Putin və qazanc maraqlandırır. Bu səbəbdən “Fides” sülhdən danışsa da, parlamentin xarici əlaqələr komitəsində qətnaməni qəbul etməyib”, - Vadai diqqətə çatdırıb.