Ukrayna kəşfiyyatı: “Rusiya ordusunun elit bölmələri məhv edilib”



 15:04 20.04.2023     302

“Rusiya ordusunun elit bölmələri məhv edilib”.

Demedia.az “RBK Ukraina”ya istinadən xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Andrey Yusov deyib.

Onun sözlərinə görə, bunun günahkarı Rusiya Prezidenti Vladimir Putindir: “Düşmənin hücumları artıq puç olub. Onlar ötən il fevralın 24-dən həyata keçirdikləri cəhdləri bu gün təkrarlaya bilmirlər”.

A.Yusov bildirib ki, bu, hələ Rusiyanın uduzması kimi başa düşülməməlidir: “Bu o demək deyil ki, düşmən məğlub olub və ya Ukrayna üçün təhlükə yaratmır. Əksəriyyəti köhnəlmiş olsa da, onların hələ lazımi qədər texnikası var”.

O eyni zamanda Ukraynanın torpaqlarını işğaldan azad etməyə hazırlaşdığını vurğulayıb.

Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski daha əvvəl müdafiə qüvvələrinin əks-hücuma hazırlaşdığını bildirmişdi.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.