Rusiya səhvən öz şəhərini bombaladı
Rusiya Müdafiə Nazirliyi Belqorod şəhərinin bombalandığıı bildirib. Amma Ukrayna tərəfindən deyil, özləri tərəfindən. Belə ki, Rusiyaya məxsus döyüş təyyarəsi səhvən Ukrayna ilə sərhəddə yerləşən Belqorod şəhərini bombalayıb.
Demedia.az xəbər verir ki, bu barədə vilayətin qubernatoru Vyaçeslav Qladkov bildirib ki, partlayış şəhərin mərkəzində 20 metr enində krater yaradıb.
Partlayış nəticəsində yaralananlar var. Bir neçə binaya ziyan dəyib. Nazirlik SU-34 qırıcısının ehtiyatsızlıqdan sursatını boşaltdığını deyib. Yerli vaxtla saat 22:15-də baş verən hadisə ilə bağlı araşdırma aparılıb.
370 min əhalisi olan Belqorod şəhəri Ukrayna sərhədindən 40 kilometr aralıda yerləşir
Ukraynanın ikinci ən böyük şəhəri Xarkovdan bir qədər şimalda yerləşən bu şəhər müharibə başlayandan bəri tez-tez artilleriya hədəfinə çevrilir.
Ukraynaya hücum etmək üçün havaya qalxan Rusiya təyyarələri də bu şəhərin üzərində müntəzəm uçuşlar həyata keçirir.