Yunanıstan Prezidenti parlamenti buraxdı
Yunanıstan Prezidenti Katerina Sakellaropulu ölkə parlamentinin buraxılması haqqında fərman imzalayıb.
Demedia.az xəbər verir ki, bu barədə Afina Makedoniya Xəbər Agentliyi məlumat yayıb.
Parlamentin buraxılması və mayın 21-nə seçkilərin təyin edilməsi haqqında prezidentin fərmanı axşam saatlarında ali qanunverici orqanın mühafizəsinin rəisi briqada generalı Fotis Duitsis tərəfindən parlamentin şərq girişinin qapısındakı xüsusi lövhədə yerləşdirilib.
Sənəddə o da qeyd olunur ki, mayın 21-də keçiriləcək seçkilərin yekunu üzrə seçiləcək yeni parlament iyunun 1-də yeni deputatların and içəcəyi vaxt çağırılacaq, iyunun 2-də isə yeni parlament öz sədrini seçəcək.