Peskovun oğluna "İgidliyə görə" medalı verildi
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskovun oğlu Nikolay Peskova “Vaqner” PMC-də xidmətinə görə “İgidliyə görə” medalı alıb.
Demedia.az xəbər verir ki, bu barədə Nikolay Peskov özü məlumat verib.
Onun sözlərinə görə, döyüş bölgəsinə getmək təşəbbüsü onun öz istəyi ilə olub:
"Mən bunu öz borcum hesab edirdim. Sadəcə iştirak etməli idim, orada olan hər kəsə kömək etməli idim. Mən kənarda oturub dostlarımın və digər insanların ora getməsinə baxa bilməzdim".