Borrell: “Avropa ABŞ ilə Çin arasındakı qarşıdurmanın qarşısını almalıdır”
“Avropa ABŞ və Çin arasında münaqişəyə çevrilə biləcək qarşıdurmanın qarşısını almaqda rol oynamalıdır”.
Demedia.az TASS-a istinadən xəbər verir ki, bunu Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrell deyib.
“Dünya sistemi parçalanma, böyük bloklara bölünmə təhlükəsi ilə üz-üzədir: biri ABŞ ətrafında, digəri də Çin ətrafında. Bu isə iki fərqli texnoloji ekosistemin yaranması və bu vəziyyətin münaqişəyə çevrilmə təhlükəsi ilə nəticələnəcək. Avropa bu qarşıdurmanın qarşısını almalıdır. Çin haqqında nə düşünməyinizdən asılı olmayaraq, iqlim və ya yoxsul ölkələrin borcu kimi qlobal problemlərdə onsuz keçinmək olmaz”, - o bildirib .