Rusiyada 21 ev yanır - Əraziyə helikopter göndərilib
Rusiyanın Sverdlovsk vilayətinin Taejnı kəndində 21 ev yanaraq kül olub.
Demedia.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, onlardan 16-sı yaşayış evi olub: "Yanğınsöndürənlər yanğının tezliklə qarşısını almaq üçün bütün tədbirləri görürlər. Söndürmə işlərinə 30-dan çox canlı qüvvə və 10 texnika cəlb olunub. Bundan əlavə, yanğın yerinə Rusiya Fövqəladə Hallar Nazirliyinin Mi-8 helikopteri göndərilib".