Ukraynanın Nikolayev vilayəti raket atəşinə tutuldu
Rusiya Silahlı Qüvvələri ötən gecə Ukraynanın Nikolayev vilayətini raket atəşinə tutub.
Demedia.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski teleqramda yazıb.
O bildirib ki, vilayətə Qara dənizdən 4 “Kalibr” raketi atılıb. Nəticədə 1 mülki şəxs ölüb, 23 nəfər isə yaralanıb. Məlumata görə, yaralananlardan 1-i uşaqdır.
“İşğalçı ölkə bu müharibənin əsas məqsədinin terror aktları törətmək və ukraynalıların hamısını məhv etmək olduğunu sübut etməyə davam edir. Cinayətlərdə əli olan hər kəs məsuliyyətə cəlb olunacaq”, - V.Zelenski yazıb.