NATO hazır idi: bütün gücünü bizə yönəldib - Şoyqu
Ukraynada xüsusi hərbi əməliyyatın başlaması ilə Şimali Atlantika Alyansının demək olar ki, bütün ölkələrinin döyüş potensialı və imkanları Rusiyaya qarşı istifadə olunub.
Demedia.az Axar.az-a istinadən xəbər verir ki, bunu Rusiya müdafiə naziri Sergey Şoyqu deyib.
"Qərb Rusiya ilə qarşıdurmaya əvvəlcədən hazır olduğunu nümayiş etdirdi. Həmçinin, Rusiyaya qarşı dərhal irimiqyaslı sanksiyalar tətbiq olundu. Ukraynaya silah tədarükü, kəşfiyyat məlumatlarının çatdırılması, döyüş bölgəsinə hərbi məsləhətçilərin və muzdluların göndərilməsi də təşkil edildi", - Şoyqu bildirib.