“Azərbaycan zəlzələ zonasında bəzi layihələr həyata keçirmək istəyir”



 09:53 01.05.2023     465

“Azərbaycan zəlzələ zonasında bəzi mühüm layihələr həyata keçirmək istəyir”.

Demedia.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu Prezident Rəcəb Tayyib Ərdoğan deyib.

“Dünya zəlzələ hadisəsində bizi tək qoymadı. İlk andan bizimlə oldular. Axtarış-xilasetmə qrupları göndərdilər. Birinci mərhələdə çadırlar gəldi. Konteynerlər göndərməyə başladılar. Azərbaycan bildirdi ki, 1 000 daimi ev tikmək istəyir. Dünən biz onun təməlini qoyduq. Azərbaycan həmçinin regionda təcili ehtiyac duyulan bəzi mühüm layihələri həyata keçirmək istədiyini bildirib”.

“Təbii ki, xaricdə yaşayan qardaşlarımızın Türkiyəyə olan sədaqəti bizi hər zaman təsirləndirib. Bütün dünyada vətəndaşlarımız əllərində olan hər şeyi səfərbər edərək köməyə tələsdilər. Biz bunları heç vaxt unuda bilmərik və heç vaxt unutmayacağıq”, - Ərdoğan əlavə edib.