Ukrayna ordusu hücum üçün 8 briqada yaradıb
Ukraynanın daxili işlər naziri İqor Klimenko bildirib ki, Rusiyaya qarşı hücum üçün 8 briqada yaradılıb.
Demedia.az xəbər verir ki, bu barədə o, “İnterfaks-Ukrayna” agentliyinə danışıb.
Onun sözlərinə görə, hazırda Rusiyanın Ukrayna ərazisindən çıxarılmasına hazırlıq gedir, əks-hücum üçün yeni briqadalar formalaşdırılıb.
Briqadaları silahla təchiz etdiklərini bildirən nazir Klimenko, "Bizim əlavə komandalar yaratmaq planımız var, çünki buna tələbat var və imkanlarımız kifayət qədərdir", - deyə ifadə edib.
Klimenko qeyd edib ki, döyüş tapşırığı verildikdən sonra briqadalar müdafiə qüvvələrinin komandanlığına keçəcək.