Türkiyə, Rusiya, İran və Suriya XİN başçılarının toplantısı keçiriləcək
Mayın 10-da Moskvada Türkiyə, Rusiya, İran və Suriya xarici işlər nazirlikləri səviyyəsində toplantı keçiriləcək.
Demedia.az xəbər verir ki, bu barədə NTV-yə müsahibəsində Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
O bildirib ki, tərəflər arasında təmaslar davam edir: “İranlı həmkarım Hüseyn Əmir Abdullahiyan Afrika turuna çıxıb. Görüşdə onun müavinlərinin iştirak edəcəyini dəqiq bilmirəm”.