Lentsovdan Araikə: "Bu, mənimçün də arzuolunmazdır"
“Rusiya sülhməramlı qüvvələrinin yeni təyin olunmuş komandanı general-polkovnik Aleksandr Lentsov sabah Bakıya yola düşəcək.
Demedia.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti yazır.
Nəşrin məlumatına görə, rusiyalı general bu barədə mayın 1-də separatçılar Araik Arutyunyan və Qurgen Nersisyanla görüşündə bildirib.
Qəzet Lentsovun Qarabağa gəldikdən sonra separatçılarla iki dəfə görüşdüyünü qeyd edir:
“Birinci görüş Arutyunyanın, ikincisi isə sülhməramlı qoşunların qərargahında baş tutub. Bu isə o deməkdir ki, rusiyalı generalla görüşə maraq göstərirlər. Çünki general Lentsovun son ümidləri olduğunu söyləyirlər.
Mənbələrimiz bildirir ki, Lentsov onlar üçün də (Azərbaycanın Laçın yolunda sərhəd-buraxılış məntəqəsinin qoyulmasından sonra) “arzuolunmaz vəziyyət”in yarandığını, amma bütün suallara yalnız Bakıdan qayıdandan sonra cavab verə biləcəyini deyib”.//Teleqraf.com