Kolumbiyada növbəti aksiyalar başladı: 22 yaralı...
Kolumbiyada hökumət əleyhinə yenidən etiraz aksiyaları başlayıb.
Nexeber.az xəbər verir ki, Milli Tətil Komitəsinin çağırışına əsasən, paytaxt Boqota olmaqla, Medelin, Kali, Barankilla və Popayan kimi bir çox şəhərlərdə toplanan minlərlə insan prezident İvan Duque hökumətinə etiraz edib.
Aksiya zamanı Boqotanın bəzi küçələrində etirazçı qruplarla, polis arasındakı qarşıdurma nəticəsində 5 nəfər yaralanıb.
Cənub-qərbdəki Popayan şəhərində bəzi nümayişçilərin supermarketi qarət cəhdinə görə, polis gözyaşardıcı qaz və dəyənəklərlə müdaxilə edib.
Hadisələr zamanı 22 nəfər yaralanıb, polis tərəfindən saxlanılanlar olub.
Qeyd edək ki, Kolumbiyada bu ilin 28 aprel tarixində ümumi tətil ilə başlayan vergi islahatları əleyhinə nümayişlərdə ölənlərin sayı 26 nəfər olmuşdu.