“Ukrayna NATO-nun 33-cü üzvü olmalıdır” - Zelenski



 09:53 04.05.2023     487

“Ukrayna Finlandiya və İsveçdən sonra NATO-nun 33-cü üzvü olmalıdır”.

Demedia.az TASS-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

“Finlandiya xalqını alyansa qoşulması münasibətilə səmimi qəlbdən təbrik edirəm. Ümid edirəm ki, İsveç NATO-ya üzv olmaq prosesini ən qısa zamanda başa çatdıracaq. Sizinlə (Finlandiya və İsveç – red.) birlikdə NATO 32 iştirakçı ölkədən ibarət olacaq. Ukrayna 33-cü NATO üzvü ola bilər və olmalıdır da”, - o, Helsinkidə Şimali Avropa ölkələrinin hökumət başçıları ilə birgə mətbuat konfransında bildirib.