Ukraynada 23,7 min nəfər itkin düşüb



 12:43 04.05.2023     308

Rusiya Federasiyasının Ukraynaya genişmiqyaslı müharibəsi nəticəsində 23 760 vətəndaş itkin düşmüş hesab olunur.

Demedia.az Ukrayna Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən xəbər verir ki, bu barədə DİN rəhbərinin müavini Leonid Timçenko bildirib.

O qeyd edib ki, müharibə başlayandan indiyədək itkin düşmüş şəxslərlə bağlı 101 543 fakt qeydə alınıb, bundan sonra məlumatlar vahid reyestrə daxil edilib.

"Daha sonra prioritet yoxlama tədbirləri həyata keçirilib. 54 310 nəfər aşkar edilib", - Leonid Timçenko deyib.

Bütün lazımi tədbirlər görüldükdən sonra 31 330 nəfər barəsində axtarış elan edilib, onlardan 7 570 nəfəri tapılıb, qalanları isə xüsusi şəraitdə itkin düşmüş hesab olunur. Bunlara silahlı münaqişə, hərbi əməliyyatlar, müvəqqəti işğallar, təbii və ya texnogen xarakterli fövqəladə hallar daxildir.