Borc bataqlığında çabalayan Ermənistan - VİDEO



 15:29 13.05.2021     213

İllərdir borc bataqlığında üzən Ermənistanın müharibədən sonra vəziyyəti necədir? - yəqin hamıya məlumdur. 

İqtisadi çöküş yaşayan bu ölkənin xarici dövlət borcu artaraq təhlükəli səviyyəyə - 9 milyard dollara yaxınlaşıb. Bu isə ümumdaxili məhsulun 63-64 faizi deməkdir. Bu hələ Ermənistanın Dövlət Statistika Komitəsinin yaydığı rəsmi məlumatdır.

Real vəziyyət isə bundan da acınacaqlıdır. Avrasiya İqtisadi İttifaqının aprelin 23-də yayımladığı hesabatda Ermənistanın xarici borcunun 2021-ci il yanvarın 1-nə 12 milyard 935,5 milyon dollar olduğu bildirilir.