"Vaqner" hərbçiləri Baxmut şəhərini tərk edir - VİDEO



 12:43 05.05.2023     118

Rusiyanın özəl "Vaqner" hərbi qrupu döyüş sursatı çatışmazlığı səbəbindən Baxmut şəhərini tərk edir. 

Demedia.az xəbər verir ki, bu barədə "Vaqner" hərbi qrupunun rəhbəri Yevgeni Priqojin video yayıb.

"10 may 2023-cü il tarixində biz məcburi olaraq mövqelərimizi Müdafiə Nazirliyinin bölmələrinə köçürəcəyik, - deyə Priqojin qeyd edib. 

Qeyd edək ki, Rusiya və Ukrayna arasında bir neçə həftədir Baxmut uğrunda gərgin döyüşlər gedirdi.