Qonşu ölkədə koronavirusun ən təhlükəli ştammı müəyyən edildi



 16:24 13.05.2021     380

Rusiyada ilk dəfə koronavirusun “Hindistan ştammı”nın daşıyıcıları müəyyən edilib.

“Kommersant”ın məlumatına görə, bu barədə “Rospotrebnadzor”dan (Rusiyanın İstehlakçı Hüquqlarının Müdafiəsi üzrə Federal Xidməti) bildirilib.

Yoluxanlar Ulyanovsk Dövlət Universitetinin (UlDU) Hindistandan olan 16 tələbəsidir.

Tələbələrin vəziyyətinin qənaətbəxş olduğu bildirilir. Onların əksəriyyəti xəstəliyi yüngül keçirib, xəstəxanaya yerləşdirilən 11 hindistanlı isə artıq evə buraxılıb.

Bundan əvvəl ÜST koronavirusun üç dəfə mutasiyaya uğramış “Hindistan ştammı”nın təhlükə səviyyəsini yüksəltmişdi. Ekspertlər bunun qlobal səviyyədə narahatlığa səbəb olduğunu etiraf edirlər.