Türkiyənin Sudandakı səfirinə hücum olundu
Türkiyənin Sudanın paytaxtı Xartum şəhərindəki səfiri İsmail Çobanoğluna hücum olub.
Demedia.az “Anadolu”ya istinadən xəbər verir ki, onun avtomobili atəşə tutulub.
Bildirilib ki, hadisə nəticəsində ölən və yaralanan olmayıb.
Hücum nəticəsində xidməti maşına zərər dəyib. Hücumu kimlərin təşkil etdiyi hələ ki, məlum deyil.