Rusiya ordusu Xersonu atəşə tutdu: Ölənlər var
Rusiya ötən gecə Ukraynanın Xerson şəhərini atəşə tutub, altı nəfər ölüb, yaralılar var.
Demedia.az xəbər verir ki, bu barədə "RBC-Ukraina" Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin bəyanatına istinadən məlumat yayıb.
"Xerson vilayətində minatəmizləmə işlərini yerinə yetirərkən pirotexniklərimiz atəşə tutulub. Biri qadın feldşer olmaqla daha iki nəfər yaralanıb. Hazırda yaralılar xəstəxanaya yerləşdirilib. Avadanlıqlar məhv edilib", - Fövqəladə Hallar Dövlət Xidmətindən bildirilib.