Fələstində ölənlərin sayı artdı
İsrailin Qəzza zolağında həyata keçirdiyi hərbi əməliyyatlar nəticəsində ölənlərin sayı 83-ə çatıb.
Nexeber.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat verib.
Məlumatda İsrailin mayın 10-dan bəri Qəzzanın müxtəlif bölgələrində həyata keçirdiyi hücumlarda 17 uşaq və 7 qadın olmaqla 83 fələstinlinin öldüyü və yaralananların sayının isə 388-ə yüksəldiyi qeyd edilib.