Slovakiyanın yeni baş naziri məlum oldu
Lüdovit Odor Slovakiyanın yeni baş naziri təyin ediləcək.
Demedia.az xəbər verir ki, bu barədə fövqəladə brifinqdə ölkənin Prezidenti Zuzana Çaputova bildirib.
“Slovakiya Milli Bankının sədr müavini Lüdovit Odor yeni baş nazir təyin olunacaq”, - o deyib.
Bundan əvvəl baş nazir vəzifəsini icra edən Eduard Heqer istefa vermək niyyətində olduğunu açıqlamışdı. Qanuna uyğun olaraq, onun bütün kabineti onunla birlikdə istefa verir.