Ukrayna hərbi kəşfiyyatının rəhbəri: “Rusiyanın hücum potensialı yoxdur”
“Hazırda Rusiyanın Ukrayna ərazisində heç bir yerdə ciddi hücuma yeni cəhd etmək üçün nə hərbi, nə iqtisadi, nə də siyasi potensialı var”
Demedia.az xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (BKİ) rəhbəri Kirill Budanov “Yahoo”ya müsahibəsində bildirib.
“Lakin o, ciddi müdafiə tədbirləri həyata keçirmək iqtidarındadır və bu, bizim qarşılaşacağımız problemdir”, - o qeyd edib.
Budanovun sözlərinə görə, Rusiya hazırda Ukrayna Silahlı Qüvvələrinin planlaşdırılan əks-hücum əməliyyatının qarşısını almaq üçün raket ehtiyatı toplayır.