Süleyman Soylu: “Türkiyənin müstəqilliyi bir çox gücləri narahat edir”
“Türkiyənin müstəqilliyi bir çox gücləri narahat edir”.
Demedia.az “Akşam”a istinadən xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu deyib.
“Bura qarşıdurma nöqtəsidir. Çünki başqa ərazilərə nüfuz edə bilmək üçün buranı ələ keçirməlidirlər. Yenə deyirəm, Ərdoğanın ən böyük qələbəsi 1960-cı ildən sonra formalaşan sistemi aradan qaldırmasıdır. Onun əlini 1 milyon dəfə öpmək lazımdır”, - o bildirib.
S.Soylu söyləyib ki, son iki ildə ölkədə üstü açılmamış cinayət qalmayıb:
“Bizim terrorla mübarizə sahəsindəki mübarizəmizi də dünya görür. Millətimiz, gənclərimiz bunu görür. Hazırda Türkiyədə 85 terrorçu var. Cümhuriyyətimizin 100-cü ilində bu terrorçuları da təmizləyəcəyik. Gənclər arasında hakim AK Parti (Ədalət və İnkişaf Partiyası) maraq artıb. Çünki qarşı tərəfdəki nizamsızlığı, xaosu görürlər".