Ərdoğan Kazımi ilə İsraili müzakirə etdi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və İraqın Baş naziri Mustafa Kazımi arasında telefon əlaqəsi baş tutub.
Nexeber.az axar.az-a istinadən xəbər verir ki, Ərdoğan və Kazımi əvvəlcə Ramazan bayramı münasibətilə bir-birilərini təbrik ediblər.
Söhbət zamanı İsrailin Qüds, Əqsa Məscidi, Qəzza və fələstinlilərə yönəlik hücumları müzakirə edilib.