Ukrayna Dövlət Təhqiqatlar Bürosu Kiyev Şəhər Şurasında axtarışlar aparır
Ukrayna Dövlət Təhqiqatlar Bürosunun (DTB) müstəntiqləri Kiyev Şəhər Şurasının binasında axtarış aparırlar.
Demedia.az xəbər verir ki, bu barədə “RBK-Ukrayna” Kiyev Şəhər Şurasına istinadən məlumat yayıb.
“DTB-nin Ərazi İdarəsi Kiyev Şəhər Şurasının binasında axtarış aparır. Kiyevin Peçerski Rayon Məhkəməsinin hakiminin qərarı yalnız Kiyev Şəhər Hərbi Administrasiyasının məkanları və kabinetləri ilə bağlıdır. İcraat Administrasiyaya ezamiyyətə göndərilən əsgərlərlə bağlıdır. Belə ki, onların bəziləri həm də Kiyev Şəhər Şurasının deputatlarıdır”, - Kiyev Şəhər Şurasının katibi Vladimir Bondarenko durumu izah edib.
Şəhər hakimiyyəti axtarışlara və istintaq prosesinə köməklik göstərəcəklərini bildiriblər.
DTB-dən isə Kiyev Şəhər Şurasında aparılan istintaq hərəkətləri ilə bağlı hələlik rəsmi şərh verilməyib.