ABŞ Gürcüstana xəbərdarlıq etdi
Gürcüstan hava limanlarında fəaliyyət göstərən şirkətlər Rusiya təyyarələrinə xidmət edərsə, sanksiyalara məruz qala bilərlər.
Demedia.az xəbər verir ki, bunu cümə axşamı keçirdiyi brifinqdə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbərinin müavini Vedant Patel deyib.
“Rusiya və Gürcüstan arasında birbaşa uçuşlar bərpa olunarsa, biz təbii ki, Gürcüstanın hava limanlarında olan şirkətlərin sanksiyalar riski ilə üzləşə biləcəyindən narahatıq”, - o bildirib.
O, əlavə edib ki, birbaşa uçuşlar bərpa olunarsa, bu, Gürcüstan hava limanlarında fəaliyyət göstərən şirkətləri daha çox narahat etməlidir.