Türkiyədə növbəti dəfə zəlzələ oldu



 09:54 14.05.2023     499

Türkiyənin Malatya şəhərinin Battalqazi rayonunda 4 maqnitudalı zəlzələ olub.

Demedia.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Bildirilib ki, zəlzələnin episentri 7,47 km dərinlikdə olub. Təbiət hadisəsi Bakı vaxtı ilə 23:54-də qeydə alınıb.