Türkiyədə bülletenlərin 90 faizindən çoxu sayıldı



 00:09 15.05.2023     303

Türkiyədə keçirilən prezident seçkilərində səsvermə bülletenlərinin 91,10 faizi sayılıb, hazırkı prezident Rəcəb Tayyib Ərdoğan 50,01 faiz səslə öndədir.

Demedia.az xəbər verir ki, ikinci yerdə 44,21 faiz səslə “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu gəlir.

Üçüncü yerdə Sinan Oğan qərarlaşıb (5,30 faiz).

Ümumilikdə seçici fəallığı 88 faiz təşkil edir.

Parlament seçkilərində səsvermə bülletenlərinin 83,60 faizinin sayılmasından sonra hakim Ədalət və İnkişaf Partiyası 36,11 faiz, müxalif Cümhuriyyət Xalq Partiyası 24,49 faiz, Milliyyətçi Hərəkat Partiyası 10,70 faiz, İYİ Partiya 9,97 faiz, Yaşıl Sol Partiya 8,43 faiz səs toplayıb.