Erməni generalın həbs müddəti UZADILDI
KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının sabiq baş katibi, Ermənistan ordusunun Baş Qərargahının sabiq rəhbəri, general-polkovnik Yuri Xaçaturovun oğlu, 3-cü ordu korpusunun sabiq komandiri general Qriqori Xaçaturovun məhkəməsi keçirilib.
Demedia.az xəbər verir ki, məhkəmənin qərarı ilə Xaçaturovun həbs müddəti daha 3 ay uzadılıb.
Qeyd edək ki, Q.Xaçaturov 2020-ci ilin İyun savaşının birbaşa təşkilatçısı və icraçısı sayılır. Belə ki, Tovuza hücum əməliyyatına rəhbərlik edən şəxslərdən olub.
O, 2021-ci ildə, Paşinyanın istefasını tələb edəndən bir neçə ay sonra vəzifəsindən azad edilib və barəsində cinayət işi qaldırılıb.