Paşinyan: “Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyıb”



 17:45 17.05.2023     309

“Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyıb”.

Demedia.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Avropa Şurasının İslandiyanın paytaxtı Reykyavik şəhərində keçirilən sammitində deyib.

O qeyd edib ki, bundan əvvəl Ermənistan və Azərbaycan Fransa Prezidenti Emmanuel Makronun və Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Almatı Bəyannaməsi əsasında münasibətləri normallaşdırmaq barədə razılığa gəliblər.

“Üç gün əvvəl Aİ Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə biz irəliyə doğru addım atdıq və vurğuladıq ki, Ermənistan Azərbaycanın 86,6 min kvadrat kilometr, Azərbaycan isə Ermənistanın 29,8 min kvadrat kilometr ərazisini tanıyır”, - Paşinyan bildirib.