Türkiyənin meqa torpedosu - VİDEO
Türkiyə müdafiə sənayesi sahəsində imkanlarını artırmaq üçün yeni layihələr icra edir.
Nexeber.az axar.az-a istinadən xəbər verir ki, bu layihələrdən biri də “Milli Ağır Torpedo” layihəsidir.
AKYA adı verilən layihəyə ilk dəfə 2009-cu ildə Türkiyə Müdafiə Sənayesi Komitəsi və “Roketsan” şirkətinin imzaladığı müqavilə ilə start verilib.
AKYA-nın uzunluğu 7 metr, çəkisi isə 1,2 tona bərabərdir. AKYA-lar 350 kiloqramlıq döyüş başlığı daşıya bilir. Adıçəkilən torpedo inkişaf etmiş texnoloji xüsusiyyətlərə də sahibdir.
30 kilometrdən artıq mənzilə sahib AKYA-lar “Piri Rəis”, “Gür” və “Preveze” tipli sualtı qayıqlarda istifadə ediləcək. “Veyk hominq” qabiliyyətinə məxsus torpedolar gəmini izləyərək hədəfi tapıb məhv edə biləcək.
Qeyd edək ki, AKYA-lar cari ildə Türkiyə Donanmasına təhvil veriləcək.