Ukraynanın bu şəhəri bombalandı
Rusiya ordusunun Ukraynanın Odessa şəhərinə raket hücumu nəticəsində bir mülki şəxs ölüb, ikisi yaralanıb.
Demedia.az xəbər verir ki, bu barədə Odessa vilayəti Hərbi Administrasiyasının sözçüsü Sergey Bratçuk bildirib.
Onun sözlərinə görə, Qara dəniz istiqamətindən atılan raketlərin çoxu Ukrayna Hərbi Hava Qüvvələri tərəfindən zərərsizləşdirilib.
Ukrayna “Cənub” Hərbi Dairəsinin sözçüsü Natalya Qumenyuk bildirib ki, Rusiya qüvvələri arxa cəbhədəki bölgələrdə terror aktları törətməyə cəhd göstərir, əsas hədəflərdən biri Odessa şəhəridir.
Məlumata əsasən, ötən gecə və səhər saatlarında Ukrayna paytaxtı Kiyev və Dneprin bir neçə rayonunda partlayış törədilib.