Bayden G7 sammitində iştirak etmək üçün Yaponiyaya getdi



 13:02 18.05.2023     388

ABŞ Prezidenti Cozef Bayden mayın 19-dan 21-dək “Böyük Yeddilik” (G7) ölkələrinin sammitinin keçiriləcəyi Yaponiyanın Xirosima şəhərində səfərdədir.

Demedia.az xarici KİV-ə istinadən xəbər verir ki, onu səfərdə dövlət katibi Entoni Blinken müşayiət edir.

“Bu axşam ABŞ Prezidentinin Yaponiyanın Baş naziri Fumio Kişida ilə ikitərəfli danışıqlar aparacağı gözlənilir”, - məlumatda qeyd olunub.