Ukrayna Rusiyanın itkilərinin çox olmasının səbəbini açıqladı



 17:01 18.05.2023     391

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Andrey Yusov Rusiyanın itkilərinin sayının çoxluğunu tibbi yardım xidmətinin zəif olması ilə əlaqələndirib.

Demedia.az UNIAN-a istinadən xəbər verir ki, o, bir çox hallarda yaralılar döyüş meydanında qalır, onlara tibbi yardım göstərilmir: “Bunlar Rusiya ordusunun reallıqlarıdır. Rusiya ordusunun hərbçiləri döyüşməkdən imtina edir və ya həvəssiz döyüşürlər”.

Müdafiə Nazirliyinin nümayəndəsi qeyd edib ki, Rusiya Müdafiə Nazirliyi ilə “Vaqner” muzdlu hərbi qruplaşması arasında əlaqə çox zəifdir: “Onlar Baxmutdakı itkilərə görə bir-birilərini günahlandırırlar”.