Paşinyan Azərbaycan və Rusiya liderləri ilə görüşəcəyi tarixi açıqladı
Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistan tərəfinin Moskvada Rusiya və Azərbaycan liderlərinin iştirakı ilə üçtərəfli görüş keçirməyə razılaşdığını açıqlayıb.
Demedia.az “Sputnik-Ermənistan”a istinadən xəbər verir ki, bu barədə o, hökumətin iclasında bildirib.
Paşinyan müvafiq təklifin Rusiya tərəfdən edildiyini və Ermənistanın bunu qəbul etdiyini vurğulayıb.
“Görüşün mayın 25-də keçirilməsi planlaşdırılır”, - o söyləyib.
Mayın 19-da Moskvada xarici işlər nazirləri səviyyəsində üçtərəfli danışıqların keçirilməsi planlaşdırılır.