Rusiya ordusu Xersonu bombaladı



 15:15 20.05.2023     346

Rusiya Hərbi Hava Qüvvələri mayın 20-də səhər saatlarında Ukraynanın Xerson vilayətindəki yaşayış məntəqələrinə aviazərbələr endirib.

Demedia.az UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğu məlumat yayıb.

Vilayətin Berislav rayonunun bombalanması nəticəsində 2 mülki şəxs ölüb, 1 nəfər yaralanıb. Həmçinin mülki infrastruktura ziyan dəyib.