Ukraynaya növbəti DƏSTƏK



 16:11 20.05.2023     434

“Böyük Yeddilik” (G7) ölkələrinin liderləri Hirosimada keçirilən sammitin bitməsinə bir gün qalmış yekun kommünikeni qəbul ediblər.

Demedia.az xəbər verir ki, sənəddə onlar Ukraynanı dəstəkləməyə davam edəcəklərini təsdiqləyiblər.

Bildirilib ki, G7 ölkələri Ukrayna ətrafındakı vəziyyətlə bağlı Rusiya və onun dəstəkçilərinin “xərclərini artırmaq” üçün də tədbirlər görəcəklər.

Bundan başqa, G7 liderləri Çinlə konstruktiv və sabit münasibətlər qurmağa hazır olduqlarını, Tayvan boğazında sabitliyin vacibliyini bir daha təsdiqlədiklərini və “vahid Çin” siyasətinə sadiq olduqlarını bildiriblər.