“Dibsiz qaranlıqda vurnuxanlar ümid verə bilməz" - Ərdoğan
“Cümhur İttifaqı”nın prezidentliyə namizədi, hakim Ədalət və İnkişaf Partiyasının sədri və hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan prezident seçkilərinin ikinci turu ilə bağlı gənclərə müraciət edib.
O, tviter səhifəsində paylaşdığı müraciətində gəncləri yalan vədlərə inanmamağa çağırıb.
“Dibsiz qaranlıqda vurnuxanlar ümid verə bilməz. Xəyalı, idealı, hədəfi olmayanlar üfüq xətti çəkə bilməzlər.
Siyasi uğursuzluqlarına sizi də ortaq etmək istəyənlərin yalanlarına aldanmayın. Biz hər zaman sizin yanınızdayıq. 21 ildir ki, hakimiyyətdəyik. Bu 21 il ərzində heç bir gəncimizin həyat tərzinə müdaxilə etmədik, kimsənin də başqasının geyiminə, düşüncə tərzinə, gözləntilərinə, zövqlərinə qarışmasına icazə vermədik. Ölkəmizə qazandırdığımız əsərlər, investisiyalar, layihələr ilə birlikdə fikirlərinizi rahat formada ifadə etmək, gənclərimizin azad yaşaması üçün var gücümüzlə işlədik”, - Ərdoğan bildirib.