ABŞ Prezidenti jurnalistləri təhqir edib
ABŞ Prezidenti Cozef Bayden ondan defolt barədə soruşan jurnalistlərə qarşı kobudluq edib və onları təhqir edib.
Demedia.az xəbər verir ki, hadisə Yaponiyada Avstraliyanın Baş naziri Entoni Albaneze ilə birgə çıxışı zamanı baş verib.
“Sus, yaxşı? Təşəkkür edirəm”, - deyə Bayden müxbirin sualına sərt cavab verib.
Eyni zamanda Avstraliyanın Baş naziri utanaraq gülümsəyib.