Keçmiş teleaparıcı ABŞ prezidentliyinə namizədliyini irəli sürdü



 16:14 21.05.2023     302

"Fox News"un keçmiş aparıcısı Taker Karlsonun ABŞ prezidentliyinə namizədliyi üzrə siyasi fəaliyyət komitəsi reklam kampaniyasına başlayıb.

Demedia.az bu barədə "Hill" nəşrinə istinadən xəbər verir.

Taker bütün lazımi sənədləri bu il aprelin sonunda Federal Seçki Komissiyasına təqdim edib.

Jurnalistlərin fikrincə, namizədin siyasi fəaliyyət komitəsi Respublikaçılar Partiyasının sponsorlarından biri və konqresə ştatdankənar keçmiş namizəd Kris Ekstrom tərəfindən maliyyələşdirilir.

"Respublikaçıların yeni liderə ehtiyacı var. Amerikada heç kim öz fikrini söyləyə və hər iki partiyada solçuları Takerdən yaxşı tanıya bilməz", - kampaniyanın elanında deyilir.