BMT-nin Baş katibi: “Dünyanın iki yerə bölünməsinin qarşısını almaq vacibdir”



 17:52 21.05.2023     313

“Dünya iki yerə bölünməməli, beynəlxalq birliyin üzvləri danışıqlar üçün imkanlar yaratmalıdır”.

Demedia.az xəbər verir ki, bunu BMT-nin Baş katibi Antoniu Quterreş Yaponiyanın “Kyodo” agentliyinə müsahibəsində deyib.

“Hesab edirəm ki, dünyanın iki yerə parçalanmasının qarşısını almaq çox vacibdir. Ciddi danışıqlar üçün imkanların yaradılması böyük əhəmiyyət kəsb edir”, - baş katib vurğulayıb.

O qeyd edib ki, Ukraynadakı müharibə məsələsində birbaşa sülhün əldə olunması üçün perspektiv görmür.

Şimali Koreyanın nüvə proqramının tamamilə qəbuledilməz olduğunu deyən A.Quterreş nüvə silahının olmadığı dünyanın qurulmasının mümkün olduğunu düşünür.