Yaponiya Ukraynaya əlavə hərbi yardım göndərdiyini açıqladı



 22:14 21.05.2023     316

Yaponiya Ukraynaya əlavə hərbi yardım göndərdiyini açıqlayıb.

Demedia.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Yaponiya Xarici İşlər Nazirliyi açıqlama yayıb.

Nazirlik bəyan edib ki, Ukraynaya özünümüdafiə qüvvələri üçün 100 avtomobil və 30 min ərzaq payı göndərəcək.

Bundan əvvəl Yaponiyanın Baş naziri Fumio Kişida yaralı ukraynalı hərbçilərin ölkənin özünümüdafiə qüvvələrinin xəstəxanalarına qəbulu barədə qərar qəbul edib.

Ukrayna Prezidenti Volodimir Zelenski Yaponiya tərəfinə yeni qəbul olunmuş 7,6 milyard dollarlıq yardıma görə təşəkkür edib.

Tərəflər, həmçinin Ukraynanın bərpası ilə bağlı birgə konfransın keçirilməsi barədə razılığa gəliblər.