Paşinyan: “Rusiyanın Ermənistana yanaşmasını düşmən münasibət saymıram”



 14:29 22.05.2023     308

“Rusiyanın Ermənistana yanaşmasını düşmən münasibət saymıram”.

Demedia.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan mayın 22-də İrəvanda keçirdiyi mətbuat konfransında bildirib.

Moskvanın İrəvana münasibətindən danışan hökumət başçısı deyib ki, ikitərəfli əlaqələrin inkişafına ehtiyac var.

“Əksinə, biz münasibətlərimizin inkişafı və dərinləşməsi üçün hər şeyi etməliyik”, - o vurğulayıb.

Qeyd edək ki, son zamanlar Rusiyanın Ermənistana münasibətinin dəyişməsinə dair müxtəlif fikirlər səsləndirilir.