ABŞ Rusiyanın Baxmutu tam ələ keçirdiyini təsdiqləmədi
ABŞ Müdafiə Nazirliyi Rusiyanın həqiqətən də Donetsk vilayətindəki Baxmut şəhərini tamamilə ələ keçirib-keçirməməsi ilə bağlı öz qiymətləndirməsini açıqlamayacaq, lakin etiraf edir ki, Rusiya qüvvələri onun böyük bir hissəsinə nəzarət edir.
Demedia.az xəbər verir ki, bu barədə Pentaqonun sözçüsü Patrik Rayder brifinqdə bildirib.
“Biz bilirik ki, Rusiya Baxmut və onun ətraf ərazilərinin əhəmiyyətli bir hissəsini tutur, lakin bizim qiymətləndirməmizə görə, ukraynalılar Baxmut yaxınlığında hərbi əməliyyatları davam etdirirlər”, - o, Rusiyanın şəhərə nəzarət edib-etməməsi ilə bağlı sualı cavablandırarkən deyib.