Çin “Taliban”la razılığa gəldi



 09:53 24.05.2023     348

Çin Əfqanıstanda hakimiyyəti ələ keçirmiş “Taliban” radikalları ilə ölkələr arasında birbaşa uçuşların yaradılması məsələsində razılığa gəlib.

Demedia.az xəbər verir ki, bu barədə “Taliban” radikallarının qondarma Xarici İşlər Nazirliyinin sözçüsü Əbdül Qəhər Bəlxi radikalların “XİN başçısı” Əmir Xan Möttəki ilə Çinin Kabuldakı səfiri Van Yunun görüşündən sonra tviterdə açıqlayıb.

“Çin səfiri bildirib ki, Çin Əfqanıstanla normal əlaqələr saxlayır və onları daha da möhkəmləndirməyə hazırdır. O əlavə edib ki, Əfqanıstan-Çin birbaşa uçuşları mayın 24-də başlanacaq”, - Bəlxi diqqətə çatdırıb.