Yaponiya Ukraynaya 7,6 milyard dollar məbləğində yardım göstərib
Yaponiya hökuməti indiyədək Ukraynaya ümumilikdə 7,6 milyard dollar dəyərində humanitar, ərzaq, maliyyə və digər növ yardımlar göstərib.
Demedia.az TASS-a istinadən xəbər verir ki, bu barədə Yaponiyanın xarici işlər naziri Yosimasa Hayasi məlumat verib.
O bildirib ki, Ukrayna nümayəndə heyəti hazırda Yaponiyadadır. Y.Hayasi əlavə edib ki, nümayəndə heyəti xüsusilə təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması və dağılmış infrastrukturun bərpası təcrübəsi ilə tanış olur.
Nazirin sözlərinə görə, bu yardıma ukraynalı minatəmizləmə üzrə mütəxəssislərin hazırlanması ilə bağlı xərclər də daxildir.